Mehmet Altunbay kimdir?

0B5ATth-TXLHhZXpRd2tTS3JnZVE.jpgMehmet və ya Məmməd Altunbay 1911-ci ildə Gəncənin Zərrabi məhləsində, Qaçaq İbrahimin evində doğulmuşdur. Doğum günü və ayı bəlli deyil. Oğlu Oktay Altunbay (Ankaralı məlahət xanımdan doğulan oğlu) deyir ki, atası özü də gün və ayı bilmirdi. Uşaqlıq, gənclik illəri, orta və ali təhsili tarix üçün qaranlıq olaraq qalır. Lakin bizə bəllidir ki, o, Bakıda fəaliyyət göstərən Aviasiya akademiyasında uçuş birliyinə  rəhbərlik edib.

Cumhuriyyət dövründə həyatından o qədər də məlumat yoxdur. Lakin Cümhuriyyətin süqutundan sonra, bildiyimiz kimi, üsyanlar oldu. Bunlardan ən böyüyü Gəncə üsyanıdır (25 may 1920). Mehmet Altunbay Gəncə üsyanının canlı şahidi, eyni zamanda iştirakçısıdır.

Sovet hakimiyyətinin acımasız diktatorluğuna dözməyən Mehmet Altunbay idarə etdiyi uçağı ilə öncə Tehrana, ordan da Türkəyəyə qaçmışdır. O, bu dövrü 1989-cu ilə Azərbaycan Kültür Dərnəyi tərəfindən “Hüriyyətə uçan Türk, Mehmet Altunbayın Xatirələri” adı ilə nəşr olunan kitabında aşağıdakı kimi nəql edir:

734841_773161849456879_1001771052845551074_nHürriyetten yoksun bir ülkede doğdum. Orada, özgürlüğün gerçek anlamının ne olduğunu bile öğretmediler bana. Yaşadığım rejimle insanlar daima birbirlerinden korkar, günün yirmi dört saatinde kimin kimi jurnal edeceğini düşünürlerdi. Hepimiz, korkusuz yaşamak özlemiyle doluyduk. Bir volkan gibi içimizi dolduran bu duygular, günün birinde orada yaşayan insanların ekmek ve su kadar vazgeçemedikleri aziz bir şey olmuştu. Tümümüz bu kaynaktan içtik. Biz, hürriyet aşığı, özgürlüğe ve mutluluğa susamış insanlar, Stalin diktatörlüğünün o korkunç rejimine boyun eğemezdik. Ardı arkası gelmeyen iftiralar, tedhişler, bitmez ve tükenmez zulüm ve işkence methodları birbirini takip ederdi.

6Ctifsm.jpg
Resim_43smOrada bizler, özgürlük için çırpınırken buna ölümle set çekmek isteyenler kitleleri sürgüne ve kurşuna dizmeye götürürlerdi.
O zaman çok küçüktüm. Fakat babamın ve dayımın kurşuna dizildikleri o vahşet gününü bir türlü unutamadım. O gün nice- nice hürriyet mücahidi insan, onlarla birlikte kurşuna dizildiler. Kadınlarını ve çocuklarını da beraber öldürdüler. O günkü hürriyet kahramanlarının şimdi mezarları bile belli değil. Çünkü orada insanlar, mahkeme karşısına çıkartılmadan, kitleler halinde kurşuna dizilmeğe götürülürdü. Orada özgürlükten söz eden insanları, gece yataklarından alıp ya sürgün ederler ya da kurşun yağmuru altında ölümün kucağına atarlardı. Orada idamsız ve sürgünsüz günümüz yoktu. 

6Dtifsm
İşte, ben, böyle bir âlemde yaşadım. Sonunda ölümün eşiğinden atlayıp kendimi Anavatanım Türkiye de, özgürlüğün kucağında buldum. Fakat bu, o kadar kolay olmadı. Zindanlarda zincirlere vuruldum. Nice-nice işkencelerin acısını çektim. Fakat bütün bu tehlikelere ve zorluklara rağmen, kuvvetimi içimde tutuşan hürriyet meşalesinden aldım ve bu meşale bana, özgürlük yolunda ışık tuttu. Özgürlük için yaşadım. Bunun için o iğrenç ve korkunç rejimin iç yüzünü, özgür dünyanın, özgür insanlarına tanıtmaya çalıştım.

Ben, hürriyet aşığı Azerbaycanlı, ben Kuzey Kafkasyalı, ben Türkistanlı, ben İdil-Ural’lı ve Kırımlıyım ben. Ve bu eserimi, hürriyet aşığı o günkü arkadaşlarımın ve hürriyet yolunda şehit olan isimsiz kahramanların aziz ruhlarına armağan ediyorum. 

 

Resim_08sm
Sağdan birinci

Türkiyəyə gəldikdən sonra, Mehmet Altunbay dostu Reha Oğuz Tekkanın köməyi ilə Nuri Demirdağın qurduğu “Gök okulu” adlı uçak fabrikində baş pilot olaraq çalışmağa başlayır. 1944-cü ildə fabrik bağlandığı üçün işi sona yetir. Bununla ümidini itirməyən azadlıq aşiqi 1952-ci ildə Türkiyənin ilk Aviasiya şirkəti olan “Gök Tur” şirkətini qurur. Lakin maddi və mənəvi sıxıntılara görə qurduğu şirkətini 1953-cü ildə bağlamağa məcbur olur.

Şirkətin iflasından sonra, Altunbay Türk Hava Yollarına dəvət alır və burada 1960-cı ilə kimi baş pilot vəzifəsində çalışır.

501 NUMARALI HÜCRE /

Sovet rejimində gördükləri və yaşadıqlarını insanlara çatdırmaq fikrinə düşən Altunbay, 1967-ci ildə film çəkir. “501 nömrəli hücrə” adlanan filmdə NKVD əməkdaşlarının insanlara verdiyi ağır əzab və əziyyətlər əks olunmuşdur. Hətta, deyilənə görə, filmin təqdimat gecəsində Türkiyənin o zamanki siyasətçi və ziyalıları ayaq üstə alqışlayıblar. Aylarca film maqazin jurnallarının manşetindən düşməyib.

1974-cü ildə “Düşmən gəlir” adlı ilk kitabını yazmışdır. Digər kitabı (xatirələri) ölümündən sonra nəşr olunmuşdur.

Mehmet Altunbayın Bakıdan Tehrana, Tehrandan İstanbula gedən əzab, həsrət dolu ömrü dekabr ayının iyirmi yeddisi 1987-ci ildə sona çatır.

Məmbə:

  1. Türkçe tarih
  2. “Hüriyyətə uçan Türk, Mehmet Altunbayın Xatirələri”, 1989
  3. Sinematurk.com

Fotolar Nuri Demirdağın elektron arxivindən götürülmüşdür.

Mehmet Altunbayın hekayəsi öz dilindən

7-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f«Sevimli oxucular, mən Məmməd Altunbay Azərbaycan türklərindənəm. 1911-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşam. Anamın adı Bəyim, atamınkı isə İbrahim idi. Tarixdə azadlığa qanadlanan ilk türkəm desəm, yanılmaram. Hətta dünyada ilk dəfə baş vermiş bu tarixi hadisəni türklüyümüzün yüksək qüruruna əlavə etmiş olsam, o zaman deyə bilərəm ki, mən tarixdə kommunist Rusiyasından azadlığa üçan ilk türk yox, həm də ilk insanam.

Atamın, əmilərimin və dayılarımın kommunistlər tərəfindən güllələnməsi illərlə mənliyimi gəmirən düşüncələrimi həyata keçirmək fikrimi gündən-günə möhkəmləndirdiyi üçün mən oxuduğum Bakı Neft Universitetindən çıxıb Hava Məktəbinə daxil oldum.

1933-cü ildə Odessa Ali Hərbi Hava Məktəbini bitirdikdən sonra Sovet İttifaqının bir sıra yerlərində təyyarəçi kimi çalışdım. İşimdəki müvəffəqiyyətlərimlə əlaqədar olaraq Moskava, Gürcüstan və Azərbaycan Kommunist Partiyaları tərəfindən üç dəfə “fövqəladə” fəxri fərmanlarla təltif edildim.

1939-cu ildə Azərbaycanın paytaxtı Bakıda Təyyarəçilik Məktəbinin uçuş birliyi komandiri vəzifəsində işləyərkən burada kommunist rejimində, xüsusilə türklərə qarşı tətbiq edilən amansız zülüm və işgəncələr dözülməz dərəcədə həddini aşmışdı. İnsanlığa yaraşmayan bu faciələrin az da olsa qarşısını almaq məqsədilə bir dəstə yoldaşımla bərabər kommunist zülmünə qarşı gizli fəaliyyətə başladıq. Fəqət, nəticədə kommunist zülmü illərlə həsrətini çəkdiyimiz azadlığa qalib gəldi. Azadlıq aşiqi mücahid yoldaşlarımızın bir çoxu güllələndi. Sağ qalan 22 yoldaşımla bərabər kommunist cəhənnəmindən qaçmağı qərara aldıq. Lakin planlarımızı həyata keçirmək istədiyimiz vaxt basqına məruz qaldıq. Toqquşmada 14 yoldaşımız həlak oldu. Sağ qalan 7 mücahid qaçış planımızın müvəffəqiyyətli olacağına şübhə etdiklərini bəhanə gətirib izlərini itirmək üçün ölkənin müxtəlif vilayətlərinə dağıldılar.

Mehmet Altunbay.jpgBu müvəffəqiyyətsizlikdən sonra mənim yalnız iki yolum vardı: ya ölmək, ya da qaçmaq. Mən yoldaşlarımın belə inanmadığı, həyata keçirilməsi mümkün olmayan ikinci yolu seçdim. Lakin kommunist rejiminin dəmir pəncəsindən qaçmaq tək adamın işi deyildi. Mən bu quruluşa çox yaxşı bələd idim və bu rejimə dözmək artıq mənim üçün mümkün deyildi. Həyatda hər şeyimi, hətta övladlarımı belə azad və insan kimi yaşamaq uğrunda fəda etdim. Çox keçmədi ki, bu yolda can qoyan, lazım gələrsə azadlıq uğrunda həyatlarından keçməyə hazır olan iki dost tapdım. İllərlə apardığım mübarizənin sonunda kommunist cəhənnəmindən (bəzi cahil, satqın və xainlərin fikrincə dünyanın cənnətidir, ancaq necə cənnətdir ki, hamı oradan qaçmağa çalışır) təyyarə ilə qaçmağı qərara aldıq. Çünki başqa hec cür yolla qaçmaq mümkün deyildi. Qaçış planımızı həyata keçirərkən kommunist təyyarəçiləri öldürməyə məcbur olduq. Onsuz da biz onları öldürməsəydik, onlar bizi öldürəcəkdi. Təyyarəni Türkiyəyə doğru yönəltdik. Lakin bir az sonra sovet sərhədçilərinin atəş yağışına məruz qalan təyyarəmiz son dərəcə təhlükəli zədə aldı. Təyyarə havada alışıb yanmağa başlayanda onu İran torpağına endirməyə məcbur oldum. Beləliklə də, mən tarixdə ilk təyyarə qaçıran adam və kommunist rejimindən azadlığa doğru qanadlanan ilk insan oldum.

İrana qaçdığımız ilk gündən etibarən bütün xahiş və tələblərimizə baxmayaraq İran hökuməti bizi nədənsə Türkiyəyə göndərmək istəmədi və əksinə 9 ay Təbriz həbsxanasında, sonra da Tehranda polis nəzarətində saxladı. Bu müddət ərzində Tehrandakı Türk elçiliyi ilə əlaqə yaratmağımıza qəti mane oldular.

1941-ci ildə İran Azərbaycanı və Tehranın yarısı kommunist orduları tərəfindən işğal edildi. İran şahı öz ölkəsini tərk etmək məcburiyyətində qaldıqda ordu və parlament dağıdıldı. Beləliklə, ölkə iflic vəziyyətinə düşdü. Tehran rəhbərliyi gizli kommunist polisinin əlinə keçəndə hər cəmiyyətdə olduğu kimi kommunistlərə qulluq etmək, yarınmaq istəyən xain və qafil Tehran polisləri bizi onlara təslim etmək istədilər. Əslində isə o vaxta kimi bizim Sovet İttifaqına qaytarılmağımız üçün İran şahına bir neçə dəfə nota verilmişdi. Lakin nə səbəbdənsə şah bizi qaytarmaqda inad edirdi. O vaxt Tehranda olan sabiq Buxara katibi və son vaxtlarda Türk elçiləri ilə aramızda gizli əlaqə yaradan mərhum Osman Kocaoğlu İran polis təşkilatının haqqımızdakı qərarını elçilik vasitəsilə öyrənib vəziyyəti bizə çatdırdı. Biz bu xəbəri alan kimi nəyin bahasına olursa olsun Türk elçiliyinə sığınmağı qərara aldıq. Ancaq çox təəssüf olsun ki, tətbiqi olduqca çətin olan planımızı həyata keçirdiyimiz vaxt yoldaşlarımızdan biri kommunist terror təşkilatı tərəfindən küçədə güllələnib öldürüldü. Həmin gecə Türk elçiliyinin köməyi ilə biz iki yoldaş Tehrandan qaçdıq. Qaçarkən kommunist dəstələri tərəfindən yaxalanmaq ehtimalını nəzərə alaraq üstümüzdəki Sovet vətəndaşlığına aid bütün sənədləri yandırdıq. Bundan 8-10 dəqiqə keçməmiş doğrudan da bir dəstə kommunist tərəfindən yaxalandıq. Üstümüzdə səfirliyin guya pasportlarımızı itirməyimiz haqqında birzə verdiyi sənəddən başqa heç nə yox idi. Sovet əsgərləri bu kağıza inanıb bizi buraxdılar. Səkkiz həftə davam edən gecəli-gündüzlü bir çox qorxulu təhlükələrdən, ölüm-dirim mübarizəsindən sonra dağlarda, meşələrdə aclıq, susuzluq və mənliyimizi rəhmsizcəsinə gəmirən səfalətlə boğuşa-boğuşa Bağdada yetişəndə saç-saqqalımız uzanmış, yazıq və əyin-başı tökülmüş bir dilənçidən fərqlənmirdik.

Bağdaddakı Türk elçisi hörmətli Sahib İlkin bəyin alicənablığı, qonaqpərvərliyi və köməyi sayəsində Türkiyəyə yola düşəndə Bağdadın Kiçik Teleqraf qatar dayanacağında ingilis zabitləri tərəfindən beşinci alman polkuna mənsub casus damğası ilə həbs olunduq. İngilislər üstümüzdəki Türk elçiliyinə məxsus sənədlərdən şübhələndilər və bizi nahaq yerə bir həftə müntəzəm olaraq döyüb, işgəncə verdikdən sonra yenidən Bağdada gətirdilər. İki ay yarım Bağdad həbsxanalarında ən alçaq üsullarla işgəncə gördükdən sonra Bağdad ingilis qarnizonu komandirinin əmri ilə ölümə məhkum edildik.

Bir səhər günəş doğarkən Bağdadın naməlum səmtində güllələnmək üçün aparılacağımızı gözlədiyimiz vaxt vəziyyətdən xəbər tutan Türk səfiri Sahib İlkin bəyin istər ingilis qarnizon komandiri, istərsə də İraq Xarici İşlər Nazirliyini kəskin tənqid etməsi bizi nəinki güllələnməkdən xilas etdi, eyni zamanda Türkiyəyə sığınmağımıza da imkan yaratdı. Beləliklə, çox çətinlik və əziyyətlərdən sonra nəhayət 1941-ci ildə ana vətən Türkiyəyə gəlib çıxdıq.

Kommunist rejimindən qaçdıqdan sonra (Sovet İttifaqından sürgün edilən iranlı köçkünlərin dediyinə görə) bütün ailə və uzaq-yaxın qohum-əqrəbalarımın hamısı on il Sibirə sürgün edilmiş, göndərilənlərin yarıdan çoxu Sibir çöllərində soyuqdan, xəstəlikdən ölmüş və ya öldürülmüşdü, qızım itkin düşmüşdü. Bütün bunlar o qədər ürək ağrıdıcı, o qədər qorxunc, elə insanlıqdan xaric əməllər idi ki, danışmaqla qurtaran deyil.

Düzdür, mən tarixdə kommunist cəhənnəmindən azadlığa uçan ilk türk, daha doğrusu ilk insan kimi türklüyümlə fəxr edirəm. Ancaq bunun üçün yüzlərlə adamın fəlakətə sürüklənməsi, rəhmsizcəsinə işgəncə verilməsi və xunxarcasına qətlə yetirilməsinə dəyərdimi? Bu suala hələ də cavab tapa bilmirəm. Mənim bildiyim bir şey varsa, o da budur:

Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına,

Ah, ölmədən bir görsəydim, düşə bilsəm torpağına.

misraları ilə milyonlarla türk gözünü qırpmadan Türkiyə üçün canını verməyə hazırdır. Elə mən də bu sevginin, bu hisslərin əsiri olduğum üçündür ki, bu qədər fəlakətlərin və bu qədər qanlı hadisələri gözümə almaqdan zərrə qədər də çəkinmədim və Türkiyəyə gəldiyim gündən etibarən də hər dəfə imkan tapanda türk birliyini müdafiə edib, kommunizmlə mübarizə aparmışam.

kitap_20160614191302_223303_4Türkiyədə təyyarəçi işləmək üçün 1943-cü ildə Baş Qərargahın rəisinə müraciət etdim. Bununla əlaqədar Əskişəhər təyyarəçilik məktəbinə göndərildim. İmtahanları müvəffəqiyyətlə verdikdən sonra təyyarəçi işləyə bilməyim haqqında sənəd aldım. 1945-1960-cı illər ərzində Türkiyə Hava Yollarında təyyarəçi işlədim.

1953-54-cü illərdə, yəni Stalinin ölümü ilə əlaqədar “Hürriyyət” və “Yeni səhər” qəzetləri xatirələrimi“Türk təyyarəçisi Məmməd Altunbay Rusiyadan necə qaçdı?” və “Cəhənnəmdə gördüklərim” başlıqları ilə 8-9 ay ərzində çap etdirdi.

1960-63-cü illər arasında Amerikanın mərkəzi Avropada yerləşən “Azadlıq” radiostansiyasının Azərbaycan şöbəsi ilə əməkdaşlıq etdim. 1963-cü ildə yenidən Türkiyəyə qayıtdım.

501 NUMARALI HÜCRE /
501 NUMARALI HÜCRE /

Xatirələrimi ssenari şəklinə salıb Baş Qərargaha təqdim etdim. Tədqiqat nəticəsində 1966-cı il dekabrın 6-da Baş Qərargah rəisinin əmri ilə Türk Silahlı Qüvvələrinin milli və əxlaqi tərbiyəsi üçün faydalı hesab edilən, milli məqsəd və milli mənfəət baxımından heyətin diqqətini cəlb edən ssenarim əsasında “501 N-li kamera” filminin çəkilməsi məsləhət görüldü. Mərhum Camal Tural paşanın yaxından köməyi nəticəsində kommunist cəhənnəmindəki həyatım şanlı ordumuzun zabitləri tərəfindən – Aytən Kökçər, Cüneyt Kökçər və digər Dövlət teatrlarının tanınmış artistlərinin iştirakı ilə kino çəkildi. Film bütün əsgər qarnizonlarında və mülki kinoteatrlarda göstərildi. 6 milyon yarım vətəndaşımız bu filmə baxdı. Film 1971-ci il aprelin 29-da Ankara televiziyası ilə göstəriləndə həyatda gördüyüm bütün dəhşət və ürək ağrıdan fəlakətlərimə baxmayaraq türk insanına, xüsusilə də gələcəyimiz olan gənc və körpə balalara kommunizmi geniş miqyasda tanıtdıra bildiyim üçün kədərimi nisbətən azalmış hesab etdim…

…Hazırda xidmətlərimin davamı olan “Tarixdə azadlığa uçan ilk türk” adlı roman üzərində işləyirəm. Bu əsər indiyə kimi nə dünya, nə də türk nəşriyyatlarında çap olunmamış həqiqətlərlə doludur. Ölkəmizdə geniş oxucu kütləsinin maraqla oxuyacağını ümid etdiyim romanımı xəstə ürəyim hələ dayanmamış bitirmək istəyirəm.

14958827_915329021931706_955649925_n.jpgTürkiyəyə gələndən sonra yenidən evləndim. Ankaralı Tiftikçizadələrin ailəsindən Məlahət xanımla xoşbəxt bir ailə qurdum. Bu isti yuvada hələ də türklük üçün yaşayır və işləyirəm. İstəyim bütün insanlığın zəncirlərdən qurtulub, azad olmasıdır. Dünyanın ən böyük həbsxanası sayılan Rusiyada yaşayan bütün insanların azad yaşaması üçün hər gün uca Allaha dua edirəm.

Türk milləti, unutma ki, sən azadlıq və müstəqilliyin timsalısan. Şirin sözlərə, yalana, fırıldağa çalış ki, dustaq olma, kommunistlərə nəbadə nökər olasan. Azadlığın dadını bil və əbədiyyətə qədər onunla nəfəs al. Ayıq ol, kommunizmdən quruluş olmaz. Başqalarının ardınca qaçma. Kamalizmin işıqlandırdığı yolda Atatürkün izilə get və böyük Atatürkün bu sözlərini heç vaxt yaddan çıxarma: “Türk aləminin ən böyük düşməni kommunizmdir. Harda baş qaldırsa əzilməlidir”.

Mehmet Altunbay

Məmbə: Mehmet Altunbay «Hürriyete uçan Türk». AnkaraŞ 1989 (IX — XVI)