Hələ uşaqlığımdan yaddaşıma həkk olunmuş bir damğadı Elçibəy. O vaxt ki, hələ ağlım bir şey kəsmirdi, yay tətilində, demək olar ki, hər il Azərbaycana gələrdik (Həyatımın müəyyən hissəsini Rusiyada yaşamışam). Elə bu gəlişlərdə də Bəyin kimliyi, şəxsiyyəti haqqında öyrənmişəm. Böyüklərin dilindən istər Rusiyada, istərsə də Azərbaycanda çoxlu söhbətlər dinləmişəm. Ən maraqlıları Azərbaycanda olurdu. İllər ötdükcəПродолжить чтение «Millətə dövlət, dövlətə Bəy gərək!»
Архивы рубрик: Cızma-qara
Acizlər — ağ və qara
I Əlaqə mərkəzində təmsilçiyəm. Loru dillə desək “operator”. Hər gün ölkənin ən ağıllısından tutmuş ən axmağının iç üzünü görürük (bizim halda eşidirik deməliydim yəqin ki). Deyim ki, ölkənin qürurlu vətəndaşlarının iç üzünü görmək heç də xoş deyil, lakin bu başqa bir mövzudu. Bu gün bir aciz adam zəng vurmuşdu. Onun səsindəki məyusluq, acizlik məni düşünməyə,Продолжить чтение «Acizlər — ağ və qara»
Səməd, «Çox Bəxtiyar Ağa» və biz.
XX-ci əsr Azərbaycan ədəbiyyatında bir çox isimlər var ki, hələ də tam araşdırılmayıb. Öz oxucu kütləsinə lazım olduğu qədər yetişməyib. Onu ilk dəfə «Gec-tez, hamımız bir gün öləcəyik; önəmli olan necə ölməyimiz yox, nəyin uğrunda ölməyimizdir» – sitatı ilə tanımış və sevmişdim. Araşdırdıqca “Balaca qara balıq” nağılına rastladım. Yəqin ki, nağılın adını eşidincə çoxunuz bildiПродолжить чтение «Səməd, «Çox Bəxtiyar Ağa» və biz.»
Orda, uzaqda bir ev var…
Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən. Könül istərdi ki, biz həyətə daxil olanda, pələtin kiçik qapısı taybatay açılıb bağlananda çıxardığı səsə nənəm pəncərədən boylansın. Bizi görüb uşaq sevinciylə çölə çıxsın, nəvazişlə başımıza sığal çəkib, bizi qoynuna alsın, hər iki yanağımızdan öpsün. Di gəl ki, bu mümkün deyil, çünkiПродолжить чтение «Orda, uzaqda bir ev var…»
Elə bunu deyəcəkdim
Rus səfirinin ölümündən bir neçə saat əvvəl evə gəldim. Axır vaxtlar özümə qapanmışam, acgözlülüklə kitab oxuyur, film izləyir və əsla yatmıram. Yatmıram deyəndə, bir-iki saat yatıram, o da anam namaza oyanır deyə, məcbur olub yatıram ki, məni oyaq görüb kefi pozulmasın. Evə çatan kimi yeməyimi yeyib, çayımı içdim. Biraz otaqları gəzdim. Uzandım. Oturdum. Masamın üstündəkiПродолжить чтение «Elə bunu deyəcəkdim»
Atama Kafka sayağı məktub
Sənə bu məktubu bizim tezliklə ayrılacağımıza əmin olduğum üçün yazıram. Bir neçə il bundan əvvəl də belə düşünürdüm, lakin məni ikinci dəfə sınağa çəkmək sənə xoş gəlmişdir, etiraf edim ki, mən bu sınağa tab gətirə bilmirəm artıq: mənim kövrək ürəyim düşüncələrə yenidən tabe oldu… Sən buna görə mənə nifrət etməyəcəksən, deyilmi?! Bu məktub eyni vaxtdaПродолжить чтение «Atama Kafka sayağı məktub»