Hələ uşaqlığımdan yaddaşıma həkk olunmuş bir damğadı Elçibəy. O vaxt ki, hələ ağlım bir şey kəsmirdi, yay tətilində, demək olar ki, hər il Azərbaycana gələrdik (Həyatımın müəyyən hissəsini Rusiyada yaşamışam). Elə bu gəlişlərdə də Bəyin kimliyi, şəxsiyyəti haqqında öyrənmişəm. Böyüklərin dilindən istər Rusiyada, istərsə də Azərbaycanda çoxlu söhbətlər dinləmişəm. Ən maraqlıları Azərbaycanda olurdu. İllər ötdükcəПродолжить чтение «Millətə dövlət, dövlətə Bəy gərək!»
Архивы автора:Nizami Əlisoy
Kitabın beynəlxalq standart nömrəsi (İSBN)
İSBN nə deməkdir? Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün Beynəlxalq Standartlar Təşkilatı (İSO) tərəfindən 1972-ci ildə hazırlanmış və üzv ölkələrin qəbulu ilə istifadəyə verilmiş beynəlxalq standart eyniliyini müəyyən edən nömrələmə sistemidir. 2004-cü ildə Hamlet İsaxanlı tərəfindən Beynəlxalq İSBN Agentliyinə müraciət olunmuşdur. Həmin ildə Xəzər UniversitetindəПродолжить чтение «Kitabın beynəlxalq standart nömrəsi (İSBN) «
Acizlər — ağ və qara
I Əlaqə mərkəzində təmsilçiyəm. Loru dillə desək “operator”. Hər gün ölkənin ən ağıllısından tutmuş ən axmağının iç üzünü görürük (bizim halda eşidirik deməliydim yəqin ki). Deyim ki, ölkənin qürurlu vətəndaşlarının iç üzünü görmək heç də xoş deyil, lakin bu başqa bir mövzudu. Bu gün bir aciz adam zəng vurmuşdu. Onun səsindəki məyusluq, acizlik məni düşünməyə,Продолжить чтение «Acizlər — ağ və qara»
Səməd, «Çox Bəxtiyar Ağa» və biz.
XX-ci əsr Azərbaycan ədəbiyyatında bir çox isimlər var ki, hələ də tam araşdırılmayıb. Öz oxucu kütləsinə lazım olduğu qədər yetişməyib. Onu ilk dəfə «Gec-tez, hamımız bir gün öləcəyik; önəmli olan necə ölməyimiz yox, nəyin uğrunda ölməyimizdir» – sitatı ilə tanımış və sevmişdim. Araşdırdıqca “Balaca qara balıq” nağılına rastladım. Yəqin ki, nağılın adını eşidincə çoxunuz bildiПродолжить чтение «Səməd, «Çox Bəxtiyar Ağa» və biz.»
Orda, uzaqda bir ev var…
Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən. Könül istərdi ki, biz həyətə daxil olanda, pələtin kiçik qapısı taybatay açılıb bağlananda çıxardığı səsə nənəm pəncərədən boylansın. Bizi görüb uşaq sevinciylə çölə çıxsın, nəvazişlə başımıza sığal çəkib, bizi qoynuna alsın, hər iki yanağımızdan öpsün. Di gəl ki, bu mümkün deyil, çünkiПродолжить чтение «Orda, uzaqda bir ev var…»
Vətən xaini
Bir tikə çörək, araq, sən və mən bir də səhərin açılmamış gözü çöldə Bakı küləyi otağımız nəmişkən… gözlərin narın-narın damlarkən boş qədəhə danışdın mənə zalım NKVD`yə işləməyindən necə xainliyə çatdığını, qul olduğunu və aldatdığını nə deyirdim dost… deyirdim ki, mən bu zəhrimarı içmək üçün içirəm amma içərkən düşünmürəm nə üçün içdiyimi nə də olsa,Продолжить чтение «Vətən xaini»
“501 Nömrəli Hücrə” Filmi rekorda yaxınlaşır — (Filmdən fotolarla)
Bundan əvvəlki üç məqaləmdə Mehmet Altunbay haqqında məlumat vermişdim. Oxuyanlara məlumdur ki, o, Türkiyəyə mühacir etdikdən sonra, 1967-ci ildə dövlətin də dəstəyi ilə “501 nömrəli hücrə” adlı iki hissədən ibarət bir filmin ssenarisini yazmış və çəkimlərində iştirak etmişdir. O dövrün insanlarının danışığından bizlərə bəlli olur ki, filmin 1967-ci ildə baş tutan Gala gecəsində dövrün bürokratlarıПродолжить чтение «“501 Nömrəli Hücrə” Filmi rekorda yaxınlaşır — (Filmdən fotolarla)»
Elə bunu deyəcəkdim
Rus səfirinin ölümündən bir neçə saat əvvəl evə gəldim. Axır vaxtlar özümə qapanmışam, acgözlülüklə kitab oxuyur, film izləyir və əsla yatmıram. Yatmıram deyəndə, bir-iki saat yatıram, o da anam namaza oyanır deyə, məcbur olub yatıram ki, məni oyaq görüb kefi pozulmasın. Evə çatan kimi yeməyimi yeyib, çayımı içdim. Biraz otaqları gəzdim. Uzandım. Oturdum. Masamın üstündəkiПродолжить чтение «Elə bunu deyəcəkdim»
Atama Kafka sayağı məktub
Sənə bu məktubu bizim tezliklə ayrılacağımıza əmin olduğum üçün yazıram. Bir neçə il bundan əvvəl də belə düşünürdüm, lakin məni ikinci dəfə sınağa çəkmək sənə xoş gəlmişdir, etiraf edim ki, mən bu sınağa tab gətirə bilmirəm artıq: mənim kövrək ürəyim düşüncələrə yenidən tabe oldu… Sən buna görə mənə nifrət etməyəcəksən, deyilmi?! Bu məktub eyni vaxtdaПродолжить чтение «Atama Kafka sayağı məktub»
İtkilərimiz — Nağı Keykurun
Nağı bəy Şeyxzamanlı (1883-1967) Azərbaycan İstiqlal mübarizəsinin tanınmış mücahidlərindən birini də itirdik. Nağı bəy Keykurun (əski soyadı Şeyxzamanoğlu) uzun İstiqlal Mübarizəsi dövrünün yetişdirdiyi simalardan biri idi. Rus istilasına qarşı qəhrəmancasına savaşı ilə Azərbaycan tarixində özünəməxsus yer alan məşhur Cavad xanın Gəncə qalasında anadan olmuş və həmin nəslin milli ideyaları və vətən sevgisi ilə yetişərək bütünПродолжить чтение «İtkilərimiz — Nağı Keykurun»