Millətə dövlət, dövlətə Bəy gərək!

Hələ uşaqlığımdan yaddaşıma həkk olunmuş bir damğadı Elçibəy. O vaxt ki, hələ ağlım bir şey kəsmirdi, yay tətilində, demək olar ki, hər il Azərbaycana gələrdik (Həyatımın müəyyən hissəsini Rusiyada yaşamışam). Elə bu gəlişlərdə də Bəyin kimliyi, şəxsiyyəti haqqında öyrənmişəm. Böyüklərin dilindən istər Rusiyada, istərsə də Azərbaycanda çoxlu söhbətlər dinləmişəm. Ən maraqlıları Azərbaycanda olurdu.

İllər ötdükcə özüm onun haqqında araşdırmağa başladım, öyrəndim. Öyrəndiklərimdən heyranlığımın həddi hüdudu yox idi. Təsəvvür edin, qürbətdə böyümüş bir yeniyetmə üçün özünə ideal, qəhraman tapmaq necə də böyük bir sevincdi.

Mənim üçün Bəy daim bir Dərviş olub. Üzü heç vaxt gülməyən, gözləri bulud tək dolmuş, ağ saqqalı, çatma qaşı. Dediyindən dönməyən, tək amalı Vətən, millət olan bir Dərviş. Sovetlərin ağır, işgəncəli dövründə açıq-aydın bildiklərini təlqin edən, qorxmadan, çəkinmədən sözünü deyən Dərviş.

Məktəbli vaxtımda hamı mənə dəli kimi baxırdı Bəyə heyranlığımı bəlli edəndə, necə ki, hamı onu dəli sayırdı Sovetlərin diktaturası altında Azərbaycanın Azadlığına inanda. Axı kim deyərdi ki, 70 il boyun-buyruq altında qalmış bir xalqın belə bir oğulu yetişər.

Bəyə olan sevgimə görə ən çox universutet müəllimlərimə minnətdaram. Onların şahidi olduqları hadisələri, Bəy haqqında bildiklərini bizlərə nəql etməsi məndə və bəzi azad düşüncələri tələbə yoldaşlarımda onun haqqında müəyyən fikirləri formalaşdırmağa kömək etdi.

Hətta, bir şey də danışım. Günlərin birində bizə Azərbaycan dilini sevdirən İlahə xanımdan soruşdum ki, sizin müəlliminiz kim olub, o da demişdi ki, bizim dövrün (90-cı illərin tələbələri) bir müəllimi var idi, o da Böyük Türk Əbülfəz Elçibəy!

Bəy həqiqətən də böyük müəllim idi. Əsl ata qayğısıyla bizlərə azad düşüncəli, vicdanlı, mərd vətəndaş olmağı öyrədən böyük müəllim.

Son olaraq, Elçibəyin taleyinə namərdlərlə dolu bir yurdda dünyaya göz açıb Bəy kimi mərd yaşamaq düşmüşdü. O, Türk dünyasının bənzərsiz sevdalısı olmaqla yanaşı, sadəcə prezident və ya partiya sədri olmayıb. Bəy böyük Lider olub. Meydanda sadə xalqdan çıxmış, vətən eşqiylə yoğrulan bir Lider. Meydan demişkən, elə orda illər uzunu əzilən xalqın onun öndərliyi ilə irəli getməsi bir sübutdu. Təbii ki, çoxları deyə bilər ki, Xalq hərəkatını “mən” başlamışam, lider də mən idim. Onların “Meydan” hərəkatında rollarını danmıram, dana da bilmərəm. Lakin hərəkatı nizamlı şəkildə işləyən, onu qələbəyə aparan lider yalnız Əbülfəz Elçibəydir!

Azad, müstəqil Azərbaycan Bəyin ən böyük amalı idi. Daha doğrusu, iki amalından biri. Düşünürəm ki, o bunu layiqincə yerinə yetirdi. Apardığı təhsil, dil, neft və başqa islahatlar bunun bir nişanəsidir. İkinci amalı isə Bütöv Azərbaycan idi, onu da biz etməliyik. Etməliyik ki, Bəyin ruhu şad olsun.

Опубликовано Nizami Əlisoy

Bakı, Azərbaycan e-mail: lisoynizami@gmail.com Təhsil: Xəzər Universitəsi/ Filologiya (Azərbaycan dili və Ədəbiyyat)

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: